BDU-nun baş müəllimi ilə bağlı qərar verildi

Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin baxılma aidiyyəti müzakirə edilib.

Məhkəmə Həcər Mikayılovanın barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasının doğru olmadığı qənaətinə gəlib. Cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Həcər Mikayılova üç nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı