Azərbaycanlı Əməkdar artistin evindən 2 kq narkotik tapıldı

Rusiyanın Əməkdar artisti Ramilə İsgəndərin (Xisamova) üzərindən 2 kiloqram narkotik vasitə tapılıb.

Metbuat.az bildirir ki, Rus Akademik Gənclər Teatrının 46 yaşlı aktrisasının evində də axtarış aparılıb. Onun evindən amfetamin və 0,05 qram kokain aşkar edilib. Eyni zamanda aktrisanın avtomobilindən 1,966 qram olan iki bağlama aşkar edilib.

Aktrisa barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 5-ci hissəsi ilə (Xüsusən külli miqdarda narkotik vasitələrin istehsalı, satışı və ya ötürülməsi) cinayət işi başlanıb.

Qeyd edək ki, Ramilə İsgəndər müxtəlif kino və seriallarda yer alıb. O həm də Mila Kunis, Marion Cotillard və “Vicky Cristina Barselona” filmində qəhrəman Scarlett Cohansson-u səsləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı