Türkiyənin Baş Prokuroru Şuşa və Füzuliyə səfər edib - FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

Metbuat.az xəbər verir ki, səfər iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə nəticəsində Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaqda olmaqdan sevinc və qürür hissi keçirdiklərini bildirib, Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri ziyarət edib, vandalizmin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər çərçivəsində həmçinin Füzuli rayonunda olan nümayəndə heyəti orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını qeyd ediblər.

Qonaqlar Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar.

Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı