"Real Madrid"in futbolçusu Luka Modriç Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qayıda bilər.
Metbuat.az xəbər verir ki, bununla bağlı klubun rəsmisi Vlatko Peras danışıb. O bildirib ki, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklər:
"Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"
Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.