Türkiyə millisi Lövdən imtina etdi, 2 namizəd qaldı

Türkiyə Futbol Federasiyası alman baş məşqçi Yoahim Löv ilə çalışmaqdan imtina edib. Buna səbəb onun yüksək məbləğ tələb etməsidir.

Metbuat.az "NTV Spor"a istinadən bildirir ki, Lövdən sonra millinin baş məşqçi postuna 2 əsas namizəd qalıb. İtaliyalı Vincenzo Montellanın təklifi qəbul etdiyi bildirilir.

Digər namizəd isə Abdulla Avcıdır. 2 gün içində məşqçi seçimi ilə bağlı qərar veriləcəyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı