Rəsmi Bakıdan Paşinyanın “təbrik məktubu”na reaksiya

Ermənistan rəhbərliyinin son bəyanatları və fəaliyyəti əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib.

Metbuat.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd edilib ki, Azərbaycan ərazilərində qanunsuz qondarma rejimin yaradılmasının ildönümünə dair Ermənistanın Baş Naziri tərəfindən verilmiş “təbrik məktubu” Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəl səsləndirilmiş bəyanatların qeyri-səmimi olduğunu bir daha sübut edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı