MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlandı

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi çərçivəsində 2023-2024-cü tədris ili üzrə “Kommunikasiya: İnternet üçün yazı” mövzusunda dərslərə başlanılıb.

Metbuat.az xəbər verir ki, dərslər “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson tərəfindən keçilir.

Qeyd edək ki, müvafiq layihənin bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan gəncləri əhatə etməsi, həmçinin layihə çərçivəsində açıq qeydiyyat əsasında müxtəlif mövzularda silsilə seminar və vörkşopların keçirilməsi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı