Sinan Oğandan Xankəndi paylaşımı

“Azərbaycan Qarabağda Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə lokal antiterror tədbirlərinə başlayıb”.

Metbuat.az bildirir ki, bu sözləri Türkiyəli siyasətçi Sinan Oğan özünün sosial media hesabında yazıb:

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazisində “boz zonalar” yaratmağa çalışan ermənilər bunun mümkün olmadığını başa düşməlidirlər. Türk milləti tamamilə Azərbaycanın tərəfindədir. Xankəndi də daxil bütün ərazilər erməni terrorçularından təmizlənəcək. Zəngəzurda tarix öz axarına qayıdacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı