"Ukraynanın sülh formulu qloballaşır. Formulun maddələrində Rusiyanın Ukraynaya və digər ölkələrə qarşı istifadə etdiyi və digər təcavüzkar ölkələr tərəfindən istifadə edilə bilən hər cür silahlanmanı dayandıracaq həll variantları var".
Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə deyib. Zelenski Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasında çıxışında bildirib ki, nüvə silahlarını Rusiyanın nəzarətindən çıxarmaq lazımdır. Rusiyanın Ukraynaya və bütün dünyaya qarşı müxtəlif silahlardan istifadə etdiyini deyən Zelenski, müharibə başlayandan sonra Rusiyanın Qara dəniz və Azov dənizindəki Ukrayna limanlarını bağladığına, Dunay çayı üzərindəki limanlara hücumlar təşkil etdiyinə diqqət çəkib.