Nadal Peresə səsləndi - Mbappeni transfer edin

Dünyaca məşhur tennisçi Rafael Nadal Kilian Mbappenin “Real Madrid” formasını geyinməsini istəyir.

Metbuat.az xəbər verir ki,“Movistar Plus”un “Real”da kimi görmək istəyərsiniz barədə suala Nadal belə cavab verib: "Başqa bir hücumçunun gəlməsi xoş qarşılanarmı? Bilmirəm. Mbappenin gəlməsini istəyirəm.“Real Madrid” “Real Madrid”dir, bütün oyunçulardan daha böyükdür. Ancaq azarkeşlər onun gəlməsini istədiyi üçün Mbappenin transferini gözləyə bilmərik”.

Qeyd edək ki, "Real Madrid" Mbappeni transfer etməyə çalışsa da, hələlik razılıq əldə edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR