Polşa bundan sonra Ukraynaya silah göndərməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateusz Moraviecki açıqlama verib. O bildirib ki, Polşa Rusiyaya qarşı qələbəyə kömək edib, lakin Ukraynadan taxıl idxalı Polşanın taxıl bazarını məhv edə bilər. Hökumət rəhbəri Polşanın Ukrayna taxılı üçün keçid ölkəsi qalacağını bildirib.
Polşanın Ukraynanın təhlükəsizliyini riskə atmayacağının vurğulayan Moraviecki, “Rzeşovdakı hərbi təchizat mərkəzimiz amerikalılar və NATO ilə razılaşaraq, eyni rolu yerinə yetirir və indiyə qədər yerinə yetirməyə davam edəcək” deyə bildirib.
Moravieckinin bəyanatının Varşavanın böyük miqdarda Ukrayna taxılına embarqo qoyması səbəbindən Ukrayna ilə münasibətlərin gərginləşdiyi vaxta təsadüf etməsi diqqət çəkib.