Erməniləri Yevlaxdakı görüşdə kimlər təmsil edir? - ADLAR

Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

Metbuat.az bildirir ki, daha əvvəl erməniləri Yevlaxda "dövlət naziri" Artur Arutyunyanın təmsil edəcəyi deyilirdi. Bu gün Teleqram kanallarında yer alan məlumata görə, o, Yevlaxa gəlməkdən çəkinib. Onun əvəzinə isə separatçıların “parlament üzvü” David Melkumyan gəlib. Bu barədə "Hraparak" nəşri də yazıb.

"Modern.az" yazır ki, Xankəndidən Yevlaxa gələn 2-ci şəxs xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı