“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır

“Araz”da çalışanların əksəriyyətini gənclər təşkil edir

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə üzrə fəaliyyət göstərən mağazaları və Məhəmmədi qəsəbəsində yerləşən müasir logistika mərkəzi ilə müştərilərinə xidmət göstərir. “Araz” 9000-dən artıq şəxsi işlə təmin edən böyük işəgötürən olmaqla yanaşı gənclər üçün yeni iş imkanlarının yaradılmasına da öz töhfəsini verir. Bu məqsədlə “Araz” supermarketlər şəbəkəsi təkcə uzun müddət təcrübəsi olan peşəkar kadrlara deyil, həm də əmək fəaliyyətinə yeni başlayan və təcrübəsiz şəxslərə də öz qapılarını açır. Belə ki, hazırda “Araz” supermarketlər şəbəkəsində heç bir təcrübəsi olmadan işə başlayan və burada öz fəaliyyətini uğurla davam etdirən 4 mindən çox əməkdaş çalışır. Ümumiyyətlə “Araz” çalışanların ortalama yaş həddi 32-dir və müxtəlif vəzifələrdə fəaliyyət göstərən əməkdaşların əksəriyyətini gənclər təşkil edir.

İşsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, sonra “Araz”da işlə təmin edilirlər

“Araz” supermarketlər şəbəkəsi əhalinin, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumları ilə də sıx əməkdaşlıq edir və birgə layihələrin həyata keçirilməsinə təşəbbüs göstərir. Bu istiqamətdə “Araz” Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi layihələrin ən yaxın tərəfdaşlarından biridir. Birgə layihələr çərçivəsində işsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, daha sonra “Araz” supermarketlər şəbəkəsində müxtəlif vakansiyalar üzrə işlə təmin edilirlər. Bununla da “Araz” iş təcrübəsi olmayan gənclərin peşəkar və fərdi inkişafına, eləcə də öyrəndikləri nəzəri biliklərin real iş şəraitində tətbiqinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirir.

İş təcrübəsinə “Araz”da başlayan yüzlərlə əməkdaş hazırda burada yüksək vəzifələrdə çalışır

Gənclər “Araz” komandasına daxil olduqdan sonra da peşəkarlıq göstəricilərinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq təlimlərə cəlb edilir və təkmilləşdirilmə proqramlarında iştirak edirlər. İşçilərin təkmilləşdirilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb həyata keçirilir. Bunun nəticəsidir ki, əmək fəaliyyətinə “Araz”da kiçik vəzifələrdən başlayan gənclər müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olur və yüksək vəzifələrə təyin edilirlər. Belə ki, iş təcrübəsinə “Araz”da başlayıb hazırda burada yüksək vəzifələrdə çalışan yüzlərlə əməkdaş fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı