Azərbaycanlılar və ermənilər Qarabağda yenidən sülh şəraitində birgə yaşaya bilər

“Azərbaycan və Ermənistan dayanıqlı sülhə nail ola bilər”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında bildirib.

"Bu, Azərbaycan və Ermənistan üçün, bizim xalqlarımız üçün həlledici zamandır. Çoxlu qüvvələr var ki, onlar bizim barışıq, dinc birgə yaşayış və birgə gələcəyimizi arzulamırlar. Biz birlikdə bunların hamısının yanlış olduğunu sübut etməli və göstərməliyik ki, azərbaycanlılar və ermənilər Qarabağda yenidən sülh şəraitində birgə yaşayıb inkişaf edə bilər, Azərbaycan və Ermənistan isə davamlı sülhə nail ola, münasibətlərini normallaşdıra bilər. Əminəm ki, biz bunu edə bilərik!", - azərbaycanlı diplomat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı