Xankəndidə doğulan Fəxrəddin Manafov: "Torpağı öpüb, gözümə qoyacağam"

“O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də ki, internetin qarşısından ayrıla bilirdim, çünki bu, vacib an idi. Bu, nəticədir. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Allaha çox şükür!”

Metbuat.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

Xankəndidə anadan olan F.Manafov doğma torpağına gedəcəyi günün çox yaxından olduğunu vurğulayıb:

“Çox xoşbəxtəm. Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət, doğulduğum Xankəndiyə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı