Şahruddin uğursuz debüt etdi: İki dəqiqə sonra...

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da debüt edib.

Metbuat.az xəbər verir ki, qapıçı Türkiyə Superliqasının 6-cı turunda “Kasımpaşa” ilə səfər oyununda meydana çıxıb.

O, ilk 11-likdə yer almasa da, 23-cü dəqiqədə qırmızı vərəqə alan digər qapıçı Ertaç Özbiri əvəzləyib. Şahruddin oyunda 2 qol buraxıb. O, meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra - 25-ci və 51-ci dəqiqlərdə qapısında qol görüb. “Kasımpaşa” birinci qolu cərimə zərbəsindən, ikincini isə penaltidən vurub.

Beləliklə, oyun “Kasımpaşa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR