Oktyabrın şanslı bürcləri - Sevgidə və karyerada uğur gözlənilir

Astroloqlar oktyabr ayının bürc proqnozunu hazırlayıblar.

Metbuat.az qarşıdan gələn ayda üzünə şans qapıları açılacaq dörd bürc haqqında məlumatı təqdim edir:

Oktyabr ayında Tərəziləri yaxşı fürsətlər gözləyir. Xüsusilə iş həyatında arzuladıqları mövqeyə çatma şansı qazanacaqlar. Bu ayda Tərəzilərin eşq həyatları da rənglənəcək. Evli olanların həyat yoldaşları ilə səyahət etmək şansı ola bilər. Subay Tərəzilər yeni insanla tanış olmaq şansı əldə edəcəklər. Oktyabr ayı Tərəzilər üçün maddi baxımdan da uğurlar vəd edir.

Oktyabrın digər şanslı bürcü Oxatan olacaq. Uzun müddətdir gözlənilən maddi problemlər həllini tapa bilər. Səyahət etməyi planlaşdıran Oxatanlar bu ay çox arzulanan səfərə çıxa bilərlər.

Ailə həyatında və münasibətlərdə problem yaşayan Oğlaqlar payızın ikinci ayında istədikləri nəticəni əldə edəcəklər. Eşq həyatında xoşbəxt bir dövr keçirən Oğlaqlar bu ayda partnyorları ilə istədikləri kimi vaxt keçirmə şansı tapacaqlar. Maddi cəhətdən istədiyi hər şeyi əldə edə biləcək Oğlaq bürcü maraqlı bir dövr yaşayacaq.

Oktyabr ayında şans zirvəsini yaşayacaq başqa bir bürc Əqrəbdir. Səhhətinizdə problem varsa, xilas olacaqsınız. Axtardığınız sevgini bu ay tapa bilərsiniz və subaysınızsa, evliliyə doğru böyük addım ata bilərsiniz. Uzun müddətdir arzuladığı bir şeyə can atan Əqrəblər onu asanlıqla əldə edə biləcəklər. Əziz Əqrəblər, bu ay cibiniz də “gülümsəyəcək”.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR