Qurbanov özündən çıxdı, qırmızı vərəqə aldı - FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı "Qəbələ"nin 4 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı