Şahrudinlə rəqabət aparan qapıçı klubdan göndərildi

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin “Adana Dəmirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, Superliqa təmsilçisi bosniya və herseqovinalı qolkiperin müqaviləsinə təktərəfli xitam verib.

Buna səbəb 27 yaşlı oyunçunun adının Türkiyə Futbol Federasiyası tərəfindən klubun iştirak ərizəsinə salınmaması olub. Nəticədə rəhbərlik Karaçiçlə 2025-ci ilin yayına qədər olan sözləşməni ləğv edib.

Qeyd edək ki, Qoran Karaçiç bu mövsüm UEFA Konfrans Liqasının 3 oyununda “Adana Dəmirspor”un formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı