Tarixi geri dönüş: Millimizin futbolçusu belə sevindi - VİDEO

Türkiyə Superliqasının altıncı turunda “Hatayspor” və “Trabzonspor” klubları qarşılaşıb.

Metbuat.az xəbər verir ki, gərgin keçən mübarizə tarixi anlara səhnə olub. 70-ci dəqiqəyə qədər 2-0 hesabı ilə irəlidə olan “Trabzonspor” məğlub olub. “Hatayspor” geri dönüş edərək, 3 qol vurub. Keçmiş qapıçı Vulkan Demirəlin baş məşqçisi olduğu “Hatayspor” qələbə topunu 90+7-ci dəqiqədə vurub.

Qeyd edək ki, millimizin futbolçusu Renat Dadaşov 84-cü dəqiqədə meydana daxil. İkinci qolun vurulmasında onun da əməyi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı