Bakı, 4 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-də başlanıb.
Bütün imtahan mərkəzlərində imtahanlar təlimata uyğun keçirilib, şagirdlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, iyunun 3-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanıb. Nəticələr yaxın günlərdə elan olunacaq.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~xScTB.