Jesusla Neymar yumruq davasına çıxdı - Klubdan qovulur

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda futbolçu Neymarla baş məşqçi Jorje Jesus arasında gərginliş baş verib.

Metbuat.az xəbər verir ki, iddialara görə, Neymar Jesusla mübahisə edib. Tərəflərin bir-birinə qarşı fiziki güc tətbiq etdiyi də iddia edilir. “Mundo Deportivo”nun məlumatına görə, tərəflər arasında gərginliyə səbəb Neymarın uğursuz çıxış etməsidir. Bildirilir ki, bu gərginlikdən sonra Neymar klub rəhbərliyi ilə görüşərək, baş məşqçinin qovulmasını tələb edib. Klubun Neymarın tələbini qəbul edib-etməyəcəyi maraq doğursa da, yerli mənbələr məşqçinin göndərilə biləcəyini irəli sürür.

Qeyd edək ki, Jorje Jesusun klubla 2024-cü ilə qədər müqaviləsi var. Neymar çıxış etdiyi 3 oyunun heç birində qol vura bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı