​“Azerçay” “Bakı Böyük Dəbilqə 2023” turnirinə dəstək verdi - FOTO

“Azerçay” markası Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Böyük Dəbilqə 2023” turnirinə dəstək verib.

Bir sıra sosial layihələrdə yaxından iştirak edən doğma “Azerçay”, idman sahəsini aktiv şəkildə dəstəkləyir. Müxtəlif beynəlxalq idman yarışlarında çay markamız Azərbaycan çayının ətrini və dadını hər zaman iştirakçılara qürurla təqdim edib.

Milli Gimnastika Arenasında baş tutan yarışda milli markamız tərəfindən stendlər quraşdırılıb dadımlar həyata keçirilib. Bununla yanaşı bütün qaliblərə və hakimlərə Azərbaycan çayının ənənələrini davam etdirən “Azerçay” tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bundan sonra da doğma markamız öz ənənəsinə sadiq qalaraq bu kimi layihələri dəstəkləyəcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR