MM-in payız sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Metbuat.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR