Azərbaycanda bank müştərilərinin sayı 150 mindən çox artıb

2023-cü il sentyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 6.7% və ya 898 min 369 nəfər artaraq 14 milyon 215,25 min nəfər olub.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı cari ilin avqust ayının 1-i ilə müqayisədə 1% və ya 151 min 493 nəfər artıb.

Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 21.1% və ya 6 milyon 403.2 min ədəd artaraq 36 milyon 750.2 min ədəd təşkil edib.

Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 79.5%-ni cari hesablar ( 29 mln. 229.1 min), 19.6%-ni kredit hesabları ( 7 milyon 209.8 min), 0.9%-ni isə depozit hesabları (311 min) təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı