Şahrudinin komandası "Beşiktaş" qarşısında tarix yazdı: 6 qol vuruldu - VİDEO

Türkiyə Superliqasının 3-cü turunun təxirə salınmış matçında Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” öz meydanında İstanbulun “Beşiktaş”ını qəbul edib.

Metbuat.az xəbər verir ki, Yeni Adana Stadionunda keçirilən oyun ev sahiblərinin 4:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Şahrudin Məhəmmədəliyev yerli futbol federasiyasının qaydalarına görə bu oyunda heyətdə yer almayıb.

Tarixində ilk dəfə “Beşiktaş”a 4 qol vura bilmiş “Adana Demirspor” rəqibini 35 il aradan sonra ilk dəfə yenib. İstanbul təmsilçisi “Trabzonspor” səfərindəki 3:0 hesablı ağır məğlubiyyətdən sonra ard-arda ikinci dəfə səfərdə qapısından xeyli sayda top buraxaraq yenilib.

Qeyd edək ki, hazırda “Adana Demirspor”un 11, “Beşiktaş”ın isə 10 xalı var. Komandalar müvafiq olaraq 3 və 6-cı pillələrdə qərarlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı