İçində onlarla sərnişinin olduğu təyyarə belə partladı - VİDEO

Bütün diqqətlər Krım və onun ətrafına yönələrkən, “Vaqner” qrupunun fəaliyyət göstərdiyi Malidə Sovet istehsalı olan İl-76 təyyarəsinin partlaması diqqət çəkib.

Metbuat.az xəbər verir ki, uçuş zolağından havaya qalxarkən ətrafı tüstü ilə əhatələnən təyyarə partlayıb. Ölənlərin sayı hələ məlum olmasa da, bəzi mənbələr göyərtədə 140-a yaxın sərnişinin olduğunu və onların həlak olduğunu yazır. “Vaqner” tərəfdarı olan mənbələr yazır ki, muzdlu dəstənin Malidə aktiv olmasına baxmayaraq, muzdluların bu hadisə ilə əlaqəsi yoxdur. “Vaqner”ə yaxın “Grey Zone” teleqram kanalının məlumatına görə, təyyarə Mali ordusunun nəzarətində olub. Təyyarədə “Vaqner” muzdlularının olmadığı bildirilib.

Lakin bəzi dairələr təyyarənin "Vaqner"ə məxsus olduğunu qeyd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı