Bu uşaqlarla bağlı fərdi inkişaf planı tərtib olundu

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələri və sığınacaqlarda yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1139 uşağın hər biri ilə bağlı fərdi inkişaf planı tərtib edib.

Bu barədə Metbuat.az-a nazirlikdən məlumat verilib.

Fərdi inkişaf planlarının tərtib olunmasına Bakı şəhəri və regionlardakı 17 dövlət uşaq müəssisəsi və 7 sığınacaq üzrə uşaqlar cəlb olunub.

Fərdi inkişaf planı həmin uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınmaqla tərtib olunur. Məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın fərdi, təhsil, sosial-mədəni inkişafını təmin etmək və ailə tərbiyəsinə verilməsinin mümkünlüyünü müəyyənləşdirməkdir.

Fərdi inkişaf planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyü müəyyən edildikdə isə ailə inkişaf planı tərtib edilir. Uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra 1 il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı