Qənirə Paşayeva dəfn edilir - CANLI YAYIM

Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilir.

Metbuat.az xəbər verir ki, Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib.

Hazırda Qənirə Paşayeva Il Fəxri Xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR