Xalqın hörmətini necə qazandığını bu gün gördüm - Qənirə Paşayevanın əmisi

"Onun ömrü gənclər üçün örnək oldu. Neçə illərdir onun fəaliyyəti haqqında deyirəm. Ancaq xalqının nə qədər ehtiramını qazandığını bu gün bildim. Bu, böyük bir hörmət qazanmaqdır".

Metbuat.az bildirir ki, bu sözləri mərhum deputat Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev deyib:

"Mən ailəmiz adından, Qənirə xanımın anası, qardaşı, bacısı, öz adımdan hamınıza təşəkkür edirəm. 5-6 il əvvələ qədər deyirdilər Qəzənfər müəllimin qardaşı qızı, amma sonra Qənirə xanımın əmisi deyirdilər. Qənirə xanım bir ömür yaşadı, ömrünü dövlətimizə həsr etdi".

Qeyd edək ki, Qənirə Paşayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı