Emre Belözoğludan təəcüblü seçim - Autsayderə imza atır

"RAMS Başakşehir"də uğursuz oyunlardan sonra klubdan ayrılan Emre Belözoğlu ilə bağlı maraqlı iddia gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, keçmiş futbolçunun “İstanbulspor” klubu ilə razılıq əldə etmək üzrə olduğu bildirilir. Məlumata görə, “İstanbulspor” prezidenti Ecmel Faiq Sarıalioğlu Fatih Təkkədən boş qalan baş məşqçi postuna Emre Belözoğlunu gətirmək istəyir. Emre Belözoğlunun İstanbulspor prezidenti Ecmel Faiq Sarıalioğlu ilə görüşdüyü və görüşün məhsuldar keçdiyi bildirilir. Bildirilir ki, klub rəhbərliyi Emre Belözoğluna klubda əllərindən gələn ən yaxşı iş mühitini təmin edəcəyinə söz verib.

Qeyd edək ki, “İstanbulspor” bu mövsüm 5 oyundan 2 xal toplaya bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı