Qənirə Paşayevanın ən böyük arzusu bu olub - "Ömrümün sonuna qədər..."

"Qənirə xanımın yeganə arzusu vardı, heyif ki, həyata keçmədi. Deyirdi ki, "pensiyaya çıxanda İstanbula daşınacam, Boğazın altında ev alacağam. Orada ömrümün sonuna kimi kitablarımı yazacağam". Təəsüflər olsun ki, onun bu arzusu həyata keçmədi”.

Metbuat.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya əməkdar artist Elza Seyidcahan Milli Məclisin deputatı Qənirə Paşayevanın vaxtsız vəfatı haqqında danışarkən deyib. O, bildirib ki, Qənirə xanım ölümü ilə xalqını, onu sevənləri məyus etdi:

"Qənirə xanımın 15-ə yaxın sözlərinə mahnı bəstələmişəm. Böyük bir yaradıcılıq yolu keçmişik. Mahnıların arasında ən çox sevdiyi də "Həyat, küsmə” idi. Deyirdi, istəmirəm insanlar küssün, intiharlar olsun. Doğrudan da bu mahnı nə qədər şəxsi intihardan döndərib. Amma Qənirə xanım qəfil gedişi ilə çox insanları həyata küsdürdü. Hamıya analıq edirdi, indi irili-xırdalı hamı anasız qaldı. Hətta öz doğma anasına da analıq edirdi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı