"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turuna "Hekken"ə (İsveç) qarşı səfərdə keçirəcəkləri matçla əlaqədar azarkeşlərinə müraciət edib.
Metbuat.az xəbər verir ki, klub komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin (1800 ədəd) oyun günü - oktyabrın 5-i yerli vaxtla 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısında satılacağını qeyd edib. Biletin qiyməti: 22 avro təşkil edəcək.
Azarkeşlərin bilet almağa gələrkən şəxsiyyəti təsdiq edən sənədi götürməyi tələb olunur.
Qeyd edək ki, "Hakken" - "Qarabağ" görüşü oktyabrın 5-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.