ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi NASA Azərbaycanda tədqiqatlar aparmaqda maraqlıdır.
Metbuat.az xəbər verir ki, bunu NASA-nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cimm Rasl Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində bildirib.
"Azərbaycan kosmik coğrafiya baxımından yenidir. Bakıda keçirilən bu tədbir gənclər üçün böyük motivasiya olacaq. Əminəm ki, Azərbaycan gəncləri arasında kosmik sahəyə maraq daha da artacaq", - deyə NASA rəsmisi əlavə edib.