“WhatsApp” əfsanəvi funksiyanı geri gətirir - Nostaji yenilik

MSN-in əfsanəvi xüsusiyyətlərindən biri olan "Mən nə dinləyirəm?" funksiyası “WhatsApp”da da istifadəyə verilir.

Metbuat.az xəbər verir ki, “WhatsApp” yeni funksiyanı “Spotify” vasitəsilə istifadəyə verir. Yeni funksiya ilə istifadəçilər status yeniləmələri vasitəsilə dinlədikləri mahnıları paylaşa biləcəklər. Paylaşılan mahnının adı və ifaçısı status bölməsində göstəriləcək. Onu dinləmək istəyənlər bir kliklə “Spotify” vasitəsilə treki əldə edə biləcəklər. Bu funksiya hələlik bütün istifadəçilər üçün əlçatan deyil.

Qeyd edək ki, bir vaxtlar internetin ən məşhur mesajlaşma platforması olan MSN 2013-cü ildə “Microsoft” tərəfindən bağlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı