“WhatsApp”da yeni pəncərə yaradıldı - Daxil olanda bu baş verəcək

“WhatsApp” istifadəçilərin profillərinə “Instagram” hesablarının linklərini əlavə etməyə imkan verəcək funksiya üzərində işləyir.

Metbuat.az xəbər verir ki, istifadəçilər “WhatsApp”da profilə əlavə olunacaq yeni “Bağlantılar” bölməsindən “Instagram” hesablarına keçidlər əlavə edə biləcəklər. Yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Link əlavə etmək çox asan olacaq. Bildirilir ki, istifadəçi profilinə “Instagram”dakı adını yazacaq. “WhatsApp” avtomatik olaraq hesabın linkini profilə əlavə edəcək. İstifadəçi həmçinin əlavə eetdiyi linkləri kimin görəcəyini seçə biləcək.

Bildirilir ki, funksiyadan istifadə tamamilə istəyə bağlı olacaq. İstəməyənlər heç bir link əlavə edə bilməzlər. Bundan əlavə, “Instagram” hesablarının “WhatsApp”la əlaqələndirilməsi doğrulama metodu ilə olacaq və bununla saxta profillərin əlavə edilməsi mümkün olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı