Bakı Qranada görüşündən niyə imtina etdi? - “Makron masaya oturandan sonra...” / ŞƏRH

“Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində deyib ki, Ermənistanla Azərbaycan arasında sülh üçün hər iki tərəfin öhdəliklərini müəyyən edəcək danışıqlar lazımdır.

Mişel açıqlamasında erməni əsilli vətəndaşların hüquqları və təhlükəsizliyi məsələsinə də toxunub. O qeyd edib ki, bu barədə Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır. Şarl Mişel qeyd edib ki, Aİ Azərbaycan və Ermənistan liderlərinin Qranada görüşündə sülh üçün vasitəçiliyini təklif edəcək.

Bu barədə Metbuat.az-a danışan siyasi şərhçi Kənan Novruz hesab edir ki, bizə belə formal sülh müqaviləsi lazım deyil.

Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - Kənan Novruzov yazır

“Tarixə nəzər salsaq görəcəyik ki, dəfələrlər Ermənistan Azərbaycanla imzaladığı sülh müqaviləsinin şərtlərini pozmuşdu. Biz Ermənistanın 1994-cü ildə imzalan atəşkəs müqaviləsini, 2020-ciildə üçtərəfli bəyanatın, 2021-ciilin yanvarında imzalanan üçtərəfli sənədin şərtlərini pozub əks addım atdığını artıq görmüşük. Ona görə də bu hadisələr təkrarlanmasın deyə sülh müqaviləsindən əvvəl müəyyən şərait formalaşmalıdır. Birincisi, xunta rejiminin tam təslim olmalıdır, ikinci Zəngəzur dəhlizinin açılması reallaşmalıdır, üçüncüsü sərhədlərin delimitasiya və demarkasiyası məsələləri tam həllini tapandan sonra, sülh müqaviləsi haqqında danışmaq olar. Artıq separatçı rejim ağ bayraq qaldıraraq təslim olmağa başlayıb. Sadalanan digər şərtlər də reallaşandan sonra müqavilənin imzalanması üçün addım atıla bilər”.

Şarl Mişelin hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər barədə danışan ekspert vurğuladı ki, Azərbaycan tərəfi hər zaman məhsuliyyətini dərk edərək təhlükəsizliyə tam təminat vermişdir.

“Bizim Ermənistanın ərazi bütövlüyü ilə işimiz yoxdu. Amma Avropa İttifaqı manipulyasiya xarakterli bəyanatlardan uzaq olmalıdır və kimin nə deməyindən asılı olmayaraq, biz öz işimizi görməliyik. Mişel onu da deyib ki, biz vasitəçiliyimizi təklif edəcək. Vasitəçilik uğrunda nə qədər çox rəqabət olarsa, bizim üçün yeni fürsətlər ortaya çıxacaqdır. Çünki hər kəs çalışır ki, özünü doğrultsun, çünki bizə boş vasitəçilik lazım deyil. Avropa indiyə qədər vasitəçiliklə məşğul olsa da, bizöz işimizi özümüz görmüşük. Əgər Avropa İttifaqının bu təklifi yenə də prosesi uzatmaq, öz maraqlarını təmin etməkdən üçündürsə bu bizə lazım deyil”.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib. Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.

Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

O vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

“Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. Halbuki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. İlham Əliyevin “masada Fransa və Almaniya varsa Türkiyə də olmalıdır” tələbi yerindədir, təklifi qulaqradına vuracaqlarsa Brüsselin vasitəçiliyi heçə enəcək. Bir də ki, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır”,- sitatın sonu

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı