Nazir ilk müəllimini belə təbrik etdi - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədəki hesabında Nazir ilk müəllimi ilə bağlı paylaşım edərək onu təbrik edib.

"Gülzar müəllimə - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan! Müəllimlər günündə bir daha Sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!! Bayramınız mübarək!".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR