​Şimali Koreya Rusiyaya silah tədarük etməyə başladı

Şimali Koreya Rusiyaya silah tədarük etməyə başlayıb.

Metbut.az xəbər verir ki, bu barədə Kanadanın “CBS News" televiziyası məlumat verib. “CBS News” adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən iddia edib ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin arasında silah təchizatı və hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdən sonra Pxenyan Moskvaya silah göndərməyə başlayıb.

Xəbərdə deyilir ki, Şimali Koreyanın göndərməyə başladığı iddia edilən silahların müqabilində Rusiyadan nə aldığı və ya sözügedən tədarükün miqdarı barədə məlumat verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR