Azərbaycanlı zabit İsraildə həlak oldu - FOTO

İsraildə azərbaycanlı hərbçi həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı TV-nin “YouTube” kanalının İsraildən hazırladığı videosüjetdə məlumat verilib.

Məlumata görə, İsrail ordusunun zabiti, Azərbaycanın Sumqayıt şəhərindən olan 36 yaşlı Emin Axundov Beer şəhərində gedən döyüşlərdə həlak olub.

Emin Axundovun valideynləri, bacısı, həyat yoldaşı və iki övladı qalıb. Dəfn mərasimi Beer-Şeve hərbi qəbiristanlığında baş tutub.

Daha ətraflı videosüjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR