35 gün əsirlikdə qalan qazinin övladı oldu - VİDEO

44 günlük Vətən müharibəsinin qazisi Mobil Əhmədzadənin övladı dünyaya gəlib.

Metbuata.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə "Caspian International Hospital"ın mama-ginekoloqu, qazi xanımının həkimi Nigar Əlizadə öz şəxsi instagram hesabından paylaşım edib.

Yeni doğulmuş körpəyə Xəlil adı verilib.

Öz körpəsini evə aparmaq üçün klinikaya gələn qazini “Caspian”ın həkim və işçi heyəti hərarətli alqışlarla yola salıblar.

Qeyd edək ki, 44 günlük Zəfər Savaşında tank mərmisinə tuş gələn 1999-cu il təvəllüdlü leytenant Mobil Əhmədzadə hər iki ayağından yaralanmışdı. 5 gün meşədə, düşmən mühasirəsində qaldıqdan sonra isə əsir düşmüşdü. Əsirlikdə sağ ayağı amputasiya olunan hərbçimiz 35 gün əsirlikdə qaldıqdan sonra Azərbaycana qaytarılmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı