Azərbaycanda professor vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının professoru Rauf Quliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Quliyev 1938-ci il yanvarın 5-də Gəncə şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə “Lənkaran paxlasının biomorfoloji və təsərrüfat əlamətinin dəyişkənliyi” mövzusunda namizədlik, 1988-ci ildə Ukraynanın Xarkov şəhərində Bitkiçilik, Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda “Pambıq hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Rauf Quliyev 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1967-ci ildən müsabiqə əsasında BDU-nun Genetika və darvinizm kafedrasında assistent, baş müəllim, dosent, professor, 1988-2018-ci illərdə kafedra müdiri vəzifələrində çalışıb.

Rauf Quliyev elmi-pedaqoji fəaliyyəti dövründə 97 məqalə, 1 monoqrafiya, 3 kitab, metodik göstəriş və proqramın müəllifi olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı