ARDNF inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 30.09.2023 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan Metbuat.az-a verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 67% (ilin əvvəli ilə müqayisədə 3,1 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 14,1% (2,3 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,9% təşkil edib (0,3 faiz bəndi artım). Sərmayələrin qalan 11%-i qızılın payına düşüb (1,1 faiz bəndi azalma).

Qeyd etmək lazımdır ki, 31.12.2022 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 63,9%, 16,4%, 7,6% və 12,1% səviyyəsində olublar.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (36,9%), Cənubi Amerika (0,1%), Avropa (28,5%), Yaxın Şərq (0,3%), Afrika (0,1%), Avstraliya / Yeni Zelandiya (0,6%) və Asiya / Sakit Okean (14,6%)

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 mln. dollara çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı