Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.
Metbuat.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.
“A. Le Koq Arena”da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.
Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.
***
Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.
Metbuat.az xəbər verir ki, millimiz yenidən rəqibi mərkəzə dəvət edib.
Bu dəfə Ramil Şeydayev fərqlənib. Hücumçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Millimiz səfərdə 2:0 hesabı ilə önə keçib.
***
Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.
Metbuat.az xəbər verir ki, qonaq komanda 9-cu dəqiqədə fərqlənib.
Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini mərkəzə dəvət edib.
Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.
***
Tallində Estoniya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyunu başlayıb.
Metbuat.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
“A. Le Koq Arena”da keçirilən matçı almaniyalı Robert Şröder idarə edir.