İsrail Ordusu hava hücumu zamanı HƏMAS-ın xüsusi təyinatlı dəstəsinin komandirlərindən Bilal Əl-Kedranı öldürüb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında bildirilib.
Qeyd edilib ki, HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən olan Bilal Əl-Kedranı Nirimə terror hücumuna rəhbərlik edib.