Azərbaycan - Avstriya oyununa satılan biletlərin sayı açıqlandı

Bakıda Azərbaycan və Avstriya milliləri arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün indiyədək 5 000-ə yaxın bilet satılıb.

Bu barədə Metbuat.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O, hazırda qarşılaşma üçün 4661 biletin alındığını bildirib.

Qeyd edək ki, 31 200 azarkeş tutumuna malik olan Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - Avstriya görüşü bu gün, saat 20:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR