Azərbaycan millisi Avstriyaya məğlub oldu - AVRO-2024

“Avro-2024”ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan oyun Avstriya yığmasının qələbəsi (0:1) ilə başa çatıb.

Yeganə qolu 48-ci dəqiqədə rəqibin heyətində Marsel Sabitzer penaltidən vurub. Bununla da Avstriya "Avro-2024"ün final mərhələsinə vəsiqə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR