2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib.
Metbuat.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə isə 4 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. Gürcüstanda deportasiya edilən Azərbaycan vətəndaşlarından 17-si yetkinlik yaşına çatmayanlar olub.
Gürcüstan bu il ümumilikdə 154 əcnəbini deportasiya edib.