"Real Madrid" zədəsini yeni sağaldan Arda Gülər üçün ehtiyatlı davranacaq.
Metbuat.az xəbər verir ki, texniki heyət Ardanın meydana çıxmasının təxirə salınmasını qərarlaşdırıb. “Marca” qəzetinin məlumatına görə, qarşıdakı oyunlardan meydana çıxacağı gözlənilən Arda hələ bir müddət gözləməli olacaq. “Real Madrid”in texniki heyəti hesab edir ki, futbolçunu komandanın matç hazırlığına inteqrasiya etməzdən əvvəl onun fiziki gücünü yaxşılaşdırmaq lazımdır.
Qeyd edək ki, Arda Güler “Real Madrid”də iki dəfə zədələnib. Onun yaxın oyunlarda meydana çıxacağı irəli sürülürdü.