Naxçıvana uçuşlar zərərlə həyata keçirilir - Nazir müavini

Naxçıvan istiqamətində uçuşlar üçün dövlətdən subsidiya ayrılır, amma olan zərərin 1/6-ni təşkil etmir.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O qeyd edib ki, bu gün Naxçıvandan başqa bütün istiqamətlər üzrə uçuşlar gəlirliliyi təmin edir. “Bu gün bizim zərərli istiqamətimiz demək olar ki, qalmayıb”, - deyə nazir müavini əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı